İspaniya kralı VI Filip koronavirusa yoluxub.
7Times.az xəbər verir ki, bu barədə Kral sarayı məlumat yayıb.
Məlumatda göstərilir ki, ötən gecə özünü narahat hiss edən monarxdan götürülmüş testin nəticəsi müsbət olub. Kral bütün rəsmi fəaliyyətini 7 gün müddətinə təxirə salıb. Hazırda onda Covid-19-un yüngül simptomları müşahidə olunur.
Kralın arvadı Letiziya və qızı Sofiyanın testləri mənfi nəticə verdiyi üçün onlar təcrid olunmayıblar.
Follow @7timesaz