Dünya

Zelenski Ukraynada pandemiyanın ikinci dalğasının başladığını bildirdi

Zelenski Ukraynada pandemiyanın ikinci dalğasının başladığını bildirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsində COVID-19 pandemiyasının ikinci dalğasının başladığını bildirib.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə V. Zelenski Slovakiya Prezidenti Zuzana Çaputova ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Pandemiyanın birinci dalğasında, yazda 40 milyon əhalisi olan Ukraynada gündəlik 100-300 yoluxma halı qeydə alınırdı. Bu gün bizdə gündəlik 3 000 yeni yoluxma qeydə alınır. Çox təəssüf ki, Ukrayna pandemiyanın ikinci dalğasını yaşayır”, – deyə Ukrayna Prezidenti vurğulayıb.

O qeyd edib ki, xarici ölkə vətəndaşlarının Ukraynaya girişinə qadağa qoyulub: “Biz həm ukraynalıların, həm də ölkəmizə gələn xarici vətəndaşların həyatını risk altında qoya bilmərik. Əlbəttə ki, vəziyyət sabitləşən kimi Ukrayna öz sərhədlərini açacaq”.