Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Qara və Azov dənizlərində, Kerç boğazında təlimlər keçirməsinə etiraz edib.
“Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyasının hərbi-dəniz təlimlərinin keçirilməsi bəhanəsi ilə Qara və Azov dənizlərinin, Kerç boğazının sularının bir hissəsini bağlamaq qərarına kəskin etirazını bildirir”, – deyə məlumatda qeyd olunur.
Bildirilir ki, beynəlxalq, ilk növbədə kommersiya daşımalarının əhəmiyyətli hissəsinin əsassız çətinləşməsi Ukrayna limanları üçün çətin iqtisadi və sosial nəticələrə səbəb ola bilər. Həmçinin vurğulanır ki, Rusiya tərəfinin bu cür hərəkətlərinin lazımi qiyməti alması üçün Kiyev tərəfdaşlarla, ilk növbədə Qara dəniz regionu ölkələri ilə birlikdə çalışacaq.
Follow @7timesaz