Putinlə Makronun böyük masa ətrafında əyləşməsinin səbəbi açıqlanıb

Putinlə Makronun böyük masa ətrafında əyləşməsinin səbəbi açıqlanıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kremldə Fransa prezidenti Emmanuel Makronla Rusiya prezidenti Vladimir Putin arasında masanın böyük olmasına səbəb Fransa liderinin Moskvada koronavirus üçün PCR testindən keçməkdən imtina etməsi olub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayındakı anonim mənbə iddia edib.

Makrona yaxın mənbələrin “Reuters”ə verdiyi məlumata görə, Fransa prezidenti seçim qarşısında qalıb: ya o, Rusiyada PCR testi verməklə razılaşır və Putinə yaxınlaşmağa icazə verilir, ya da imtina etməklə sosial məsafəni saxlayır.

Mənbə testdən imtinanın səbəbini izah edərək deyib: “Biz anlayırdıq ki, testdən imtina əl sıxışmamaq və bu uzun masa idi. Amma biz prezidentin DNT-sinin onların əlinə keçməsinə icazə verə bilməzdik”.

İkinci mənbə bildirib ki, Makron Rusiyaya yola düşməzdən əvvəl Fransada PCR test verib, Rusiyaya gəldikdən sonra isə şəxsi həkimi tərəfindən antikor testindən keçib.