Pakistanda saxta mollanın addımı hamını heyrətə gətirib.
7Times.az Metbuat.az-a istinadən xəbər verir ki, 3 qız anası olan qadın 4-cü dəfə hamilə qalandan sonra oğlan uşağı arzulayıb. İddialara görə, əri qadına deyib ki, 4-cü uşaq da qız olsa, o boşanacaq. Buna görə də, qadın 4-cü uşağın oğlan olması üçün yerli sakinlər arasında “şəfa verən” kimi tanınan saxta dindara müraciət edib. Saxta dindar qadını inandırıb ki, o baş nahiyyəsinə mismar vursa oğlan uşağı dünyaya gətirəcək.
Qadın buna inanıb və baş nahiyyəsinə mismar vurulmasına razılıq verib. Lakin saxtakar mismarı dərinə vurduğuna görə, qadın xəsarət alıb. O xəstəxanaya yerləşdirilib. Polis isə saxtakarı axtarır.