Dünya

“Rusiya Gürcüstana, Krıma, Dağlıq Qarabağa girdi, Ukraynaya da…” 

“Rusiya Gürcüstana, Krıma, Dağlıq Qarabağa girdi, Ukraynaya da…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ukraynaya girə bilərmi? Təbii ki, bəli. Bu qədər qoşun yığıb… Gürcüstana girdi, Krıma girdi, Ukraynanın şərqinə girdi, Dağlıq Qarabağ deyilən əraziyə girdi…”

7Times.az “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu politoloq Xaləddin İbrahimli deyib. O, bildirib ki, Putin Ukraynaya təkrar girə bilər:

“Amma necə və ölkənin harasına? Bu girmə çoxlarının iddia etdikləri kimi bütün cəbhə boyu Ukrayna-Rusya savaşı olmaycaq. Təbii ki, müharibənin seyri ciddi şəkildə dəyişməsə.

Putin Ukraynanın şərqini tam qoparmaq, əvvəlki ekspansiyanın coğrafiyasını bir az da genişlətmək isteyir – təxminən Krımla Ukrayna arasında quru əlaqə qırılana qədər.

Bu zaman Azov dənizi də tam olaraq Ukraynanın üzünə bağlanır, Krım da qurudan tam olaraq Ukraynadan qoparılır. Ukrayna sərhədi boyu qalan ərazilərə yığılan qoşunlar, Ukraynadan Rusiyanın içərilərinə hərbi müdaxilənin qarşısını almaq və Avropanı qorxudmaq üçündür.

Lukaşenko da rolunu yaxşı oynayır. Yəni, müharibə gözlənəndir. Amma hərbi çatışmanın qarşısını alacaq tək bir güc hələ də qalır – Türkiyə”.