Məşhur rusiyalı politoloq Valeri Solovey “Exo Moskvı” radiostansiyasının efirində Rusiya prezidenti Vladimir Putinə Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovskinin xəstəlyi barəsində necə məruzə edilməsindən danışıb.
“Putinə yazılan məruzədə deyilir ki, Jirinovskini talium duzları ilə zəhərləyiblər. Bunu onun məşuqlarından biri qısqanclıq zəminində edib. Bu hadisəni ictimailəşdirməməyə qərar verilib. Hər şey Aqata Kristinin romanında olduğu kimi baş verib”, – Solovey “Səhər dönüşü” proqramında bəyan edib.
O, həmçinin məlumat verib ki, Jirinovski “omikron”u normal keçirib, ona görə də söhbət heç də “kovid”ddən və edilən peyvəndlərdən getmir.
“Hazırda o, taliumu orqanizmdən çıxaran dərmanlarla müalicə alır. Bilmirəm, o, bərpa edilib sağ qala biləcəkmi?”- politoloq əlavə edib.
Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, fevralın 2-də “kovid” diaqnozu ilə xəstəxanaya yerləşdirilən RLDP rəhbərinin sağlamlıq vəziyyəti müalicə həkimləri tərəfindən sabit qiymətləndirilib.
Bundan əvvəl məlumat verilib ki, Jirimovski ağ ciyərlərin süni ventilyasiya aparatına qoşulub.
PLDP-də bəyan edilib ki, siyasətçinin sağlamlıq vəziyyəti haqqında informasiya şişirdilib, o, hər gün mətbuatı və sənədləri öyrənir, telefonla göstərişlər verir və tezliklə “dolğun, fəal işinə dönəcək”.
Bundan başqa, Solovey yaxın zamanlarda Belarusu nə gözləyəcəyi barədə danışıb. Onun sözlərinə görə, əgər Rusiya Ukrayna ilə savaşa başlasa, Belarus faktiki olaraq Rusiyanın bir hissəsinə çevriləcək. Siyasətçinin proqnozuna görə, hərbi əməliyyatlara başlamaq üçün hər şey fevralın sonunda hazır olacaq.
“Vladimir Vladimiroviç çoşquya, gücə və böyük planlara malikdir”, – Solovey deyib.
O, qeyd edib ki, Putinin “böyük qələbəsi”nə olan ümidlər ötən həftə “Boçarov çayı” iqamətgahında keçirilən qurbankəsmə şaman mərasimi ilə bağlıdır.
Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun ictimaiyyətlə əlaqələr kafedrasının sabiq müdiri, siyasi analitik, publisist və ictimai xadim Vladimir Solovey Rusiya hakimiyyətini tənqid etməsi və Rusiya siyasəti barəsində gözlənilməz proqnozları ilə məşhurdur.
2020-ci ilin sentyabrında o, etiraf edib ki, gizli beynəlxalq təşkilatın üzvüdür və bu, ona hakimiyyətə qarşı təhlükəsiz müxalif fəaliyyətini təmin edir. Bu qurumda üzvü olduğundan Rusiya hakim dairələrinin yuxarı eşelonunda nə baş verdiyindən tam məlumatlı olmasını iddia edir. Həmin ilin yayında Solovey bəyan edib ki, Putin prezident postunda iki ildən çox qalmayacaq. Solovey müntəzəm olaraq Rusiya luderinin ağır xəstəliyi barədə məlumatlar yayır. /Moderator.az
Follow @7timesaz