Ölkə

Həbsxanaya narkotik keçirmək istəyən BU ÜSULA ƏL ATDI

Həbsxanaya narkotik keçirmək istəyən BU ÜSULA ƏL ATDIbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən 7Times.az -a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 127.2.1; 228.1 və 66.2-ci maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Novruz Qədir oğlu Orduxanlıya qonşusu Abşeron rayon sakini İlqar Şamil oğlu Məmmədov tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Yoxlama zamanı orada olan gödəkçənin qollarının astar hissəsinə xüsusi üsulla tikilmiş 3 ədəd parçaya hopdurularaq gizlədilmiş ümumi çəkisi 1,486 qram olan narkotik vasitə heroin aşkar edilib.Faktla bağlı araşdırma aparılır.