ABŞ prezidenti Cozef Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb. Bu barədə CNN məlumat yayıb.
Məlumata görə, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Qeyd edilir ki, ABŞ lideri hazırda Kemp-Deviddəki (Merilend ştatı) iqamətgahındadır.
Xatırladaq ki, bir bir neçə saat əvvəl Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub. Yelisey sarayı tərəfindən yayılan məlumata görə, telefon danışığı 1 saat 40 dəqiqə davam edib. Ölkə başçıları Ukrayna ətrafında vəziyyəti müzakirə ediblər.
“SAVAŞ” xatırladır ki, artıq bir sıra dövlətlər Ukraynadı diplomatlarına Kiyevi tərk etmək göstərişi verib. Bu baxımdan Baydenlə Putinin hazırda davam edən telefon əlaqəsini müharibədən öncəki son danışıq kimi də dəyərləndirmək olar.
Follow @7timesaz