İdman

“Çelsi” dünya çempionu oldu

“Çelsi” dünya çempionu oldubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ərəb Əmirliklərində təşkil olunan yarışın final matçında Avropa və Cənubi Amerikanın ən yaxşıları üz-üzə gəlib.

7Times.az  xəbər verir ki, İngiltərənin “Çelsi” klubu ilə Braziliyanın “Palmeyras” klubu arasında matç baş tutub.
Hər iki qol ikinci hissəyə təsadüf edib. Romelu Lukaku 58-ci dəqiqədə hesabı açıb. Lakin 6 dəqiqə sonra Rafael Veyqa penaltidən bərabərlik qolunu vurub – 1:1.
Dünya çempionu əlavə vaxtda müəyyənləşib. 117-ci dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirərək London klubuna çempionluq gətirib.
Qeyd edək ki, 3-cü yer uğrunda matçda Misirin “Əl-Əhli” klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ı 4:0 hesabı ilə məğlubiyyətə uğradıb.