Hərbi

Ukrayna tankçıları, yoxsa rus əsgərləri: Onlar Rusiya qoşunlarının Kiyevə yolunu kəsəcək…

Ukrayna tankçıları, yoxsa rus əsgərləri: Onlar Rusiya qoşunlarının Kiyevə yolunu kəsəcək…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Forbes”: Ukraynanın təkcə bir tank briqadası Rusiya qoşunlarının Kiyevə yolunu kəsəcək
Ukrayna Silahlı Qüvvələrinin (USQ) təkcə birinci tank briqadası “müdaxilə” olacağı təqdirdə Rusiya qoşunlarının Kiyevə yolunu kəsəcək.
Onun həm də Rusiya əsgərləri üzərində taktiki üstünlükləri olacaq.
7Times.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalının icmalçısı Devid Eks (David Axe) yazıb.
Analitikin məlumatına görə, briqadanın tərkibinə üç tank və bir motopiyada taboru daxildir.
Hər bölmədə 400 nəfər şəxsi heyət və 40-50 vahid texnika var.
Döyüş əməliyyatları başlayacağı təqdirdə USQ-nin toqquşma zonasına göndərə biləcəyi briqadaya dəstək qoşunları, ərazi müdafiəsi üzrə rezervistlər və digər briqadalar yardım edəcək.
Tank briqadasının yardımçı qoşunları özüyeriyən 2C1 və 2C3 haubitsalar və BM-21 reaktiv qurğuları, tərkibində tırtıllı raket qurğuları və “Strela-10” və  “Tunquska” topları olan  HHM qoşunlarından  ibarət üç artilleriya divizionundan təşkil edilib.
Devid Eks qeyd edir ki, tank briqadası ilk dəfə döyüşlərdə 2015-ci ildə iştirak edib, o zaman Ukrayna ordusu Donetsk hava limanını öz nəzarətinə qaytarmağa cəhd edən zaman onun qüvvələrindən yararlanıb.
İcmalçının sözlərinə görə, o zaman briqada təxminən 20 tank itirib.
Lakin hazırda briqada daima müdafiədə və əkshücumda hərəkət etmək üçün sınaqlar keçirir. Piyada tabor meşə massivində döyüşlərin aparılmasını öyrənir, komandanlıq isə avtoparkın və infrastrukturun inspeksiyasını keçirir.
Hücum baş verəcəyi təqdirdə briqada tanış ərazidə müdafiə olunacaq ki, bu da Rusiya qoşunları üzərində üstünlüyü təmin edəcək,- Eks qeyd edir.
Bundan öncə Politiko nəşri məlumat verib ki, Co Bayden fevralın 16-nı Rusiyanın guya Ukraynaya müdaxilə tarixi günü olacağını bəyan edib.
Vaşinqton öz müttəfiqlərini xəbərdarlıq edib ki, bilavasitə hücumdan əvvəl şiddətli raket zərbələri və kiberhücumlar gözlənilir.