Dünya

Polis minlərlə saxta vaksin sertifikatı satmış şəbəkəni zərərsizləşdirdi

Polis minlərlə saxta vaksin sertifikatı satmış şəbəkəni zərərsizləşdirdibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa polisinin bir neçə şəhərdə keçirdiyi əməliyyatda saxta vaksin sertifikatı satan şəbəkəni zərərsizləşdirib.

Lent.az-ın “Figaro”ya istinadla xəbərinə görə, əməliyyatlar Parisdə və Ron-Alp departamentində keçirilib. 5 nəfərlik şəbəkənin ay ərzində 4 mindən çox saxta vaksin sertifikatı satdığı məlum olub. Şəbəkə üzvləri müştərilərini sosial şəbəkədə elan verərək tapıblar. Saxta sənədlərin hazırlanması üçün həkimlərin hesablarına müdaxilə olunub, məlumat bazasına qanunsuz giriş əldə edilib.

Əməliyyat zamanı həmçinin çox sayda bahalı saat, kompüterlər və lüks avtomobillər müsadirə olunub. Saxlanan şəxslərdən ikisi barədə həbs qətimkan tədbiri seçilib, digərləri isə iltizam alınaraq sərbəst buraxılıb.