Dünya

Bu ölkə müsəlmanları ölkədən qovur – “New York Times” səssiz köçdən yazdı

Bu ölkə müsəlmanları ölkədən qovur – “New York Times” səssiz köçdən yazdıbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın “New York Times” qəzeti Fransada ayrıseçkilik və islamafob rəftara məruz qalan bir çox müsəlmanın özlərini təhlükəsiz hiss etmədikləri üçün ölkəni səssizcə tərk etdiyini yazıb.
Sfera.az xəbər verir ki, “Müsəlmanların Fransanı səssiz şəkildə tərk etməsi” başlığı ilə yayımlanan özəl xəbərdə ölkədə yaxınlaşan prezident seçkiləri kampaniyalarında mütəmadi olaraq miqrasiya məsələlərindən bəhs edilərkən Fransanı tərk edən müsəlmanların sayının gün keçdikdə artdığı və bunun dərin böhrana işarə etdiyi vurğulanıb.
Xəbərdə hazırkı prezident Emmanuel Makronun üç rəqibinin seçki kampaniyalarında daha çox antimiqrasiya düşüncəsinə vurğu etdiyinə, lakin Fransanın son illərdə bir çox Avropa ölkəsindən daha az miqrant qəbul etdiyi diqqətə çatdırılıb.
Məlumatda qeyd olunur ki, ölkədəki siyasətçilər və KİV bu tendensiyaya elə də məhəl qoymur.
Digər tərəfdən, Fransada İnsan Haqları üzrə Milli Məsləhət Şurasına ünvanlanmış şikayətlərə əsasən 2020-ci ildə müsəlmanlara qarşı provokativ hərəkətlər əvvəlki ilə nisbətdə 52% artıb.

Ölkədə 2017-ci ildə aparılan ictimai sorğu ərəb və ya qaradərili fransız kişilərin polis tərəfindən saxlanılma ehtimalının 20 dəfə çox olduğunu və 2021-ci ilin noyabrında açıqlanan hökumət hesabatında adları ərəbcə olanların iş müsahibəsinə digərləri ilə müqayisədə 31 % daha az çağırıldığını göstərib.