Dünya

“NATO-dan imtina edə bilərik…” – Ukraynalı səfirin bəyanatı Rusiyanı yumşaldacaq?

“NATO-dan imtina edə bilərik…” – Ukraynalı səfirin bəyanatı Rusiyanı yumşaldacaq?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko jurnalistə müsahibəsində Ukraynanın NATO-ya üzv olmaqdan imtina edə biləcəyini deyib.
Səfir Kiyev hakimiyyətinin bu ideyadan imtina etmək imkanını nəzərdən keçirirməsi barədə suala cavabda “əgər ciddi güzəştlərə getmək lazım gəlsə, bunu edə bilərik”,- deyə bildirib.
Maraqlıdır, Ukrayna belə bir addım ata bilərmi? NATO-ya üzvlükdən imtina edilərsə, Rusiyaya qarşı hansı şərtlər irəli sürəcək?
Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Rusiyanın Ukraynanın şərtlərini qəbul etməyəcəyini deyib:
“Ukrayna və Rusiya arasında son günlər yaşanan siyasi-hərbi böhran müharibə potensialını gücləndirir və istənilən vaxt Rusiya Ukrayna sərhədlərini keçə bilər. Ukrayna da güclü səviyyədə silahlanıb, müdafiə qabiliyyəti yüksək səviyyədədir. Qərblə Rusiya arasında ciddi təhlükəsizlik böhranı yaranıb. Rusiya yenidən geosiyasi şəkilləndirmədə bir növ nüfuz dairəsini formalaşdırmağa çalışır. Bu xüsusda yaşanan Ukrayna böhranı Qərbə qarşı əzələ nümayişidir, lakin yenə də müharibə ehtimalı var.

Ukrayna səfirinin belə bir açıqlaması Luqansk və Doneskə muxtariyyətin verilməsi şərti ilə bağlı ola bilər. Rusiya isə bu təkliflə razılaşmayacaq. Rusiya  Ukraynanı, Şərqi Avropanı öz nüfuz dairəsinə salmağa çalışdığı üçün bunun alınacağını düşünmürəm. Sıradan bir səfirin dedikləri bir o qədər də xüsusi əhəmiyyət kəsb etmir. Tərəflər arasında Normand formatında danışıqların başlaması sadəcə olaraq monipulyasiyadır. İndiki böhran Rusiya və Qərb arasında yaşanır, Ukrayna sadəcə oyunçudur”.