Dünya

Lavrov: “ABŞ-ın təhlükəsizlik zəmanətinə dair cavabı Rusiyanı qane etmir”

Lavrov: “ABŞ-ın təhlükəsizlik zəmanətinə dair cavabı Rusiyanı qane etmir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinlə görüşündə Vaşinqtonun Moskvanın təhlükəsizlik zəmanətləri ilə bağlı təkliflərinə cavabını şərh edib.

S.Lavrov qeyd edib ki, ABŞ-ın cavabı (təhlükəsizlik zəmanətləri üzrə.red) iki hissədən ibarətdir:

“Birinci sualların cavabı mənfidir və əlbəttə ki, bizi qane edə bilməz”.

Lakin rusiyalı diplomat ABŞ-ın Rusiyanın təhlükəsizlik zəmanəti ilə bağlı digər təkliflərinə cavabını konstruktiv adlandırıb.

“Bu cavabda orta və qısa mənzilli raketlərin problemlərinin həlli ilə bağlı kifayət qədər konkret tədbirlər nəzərdə tutur”, – deyə S.Lavrov vurğulayıb.

Xatırladaq ki, 2021-ci ilin sonunda Rusiya təhlükəsizlik zəmanətləri haqqında ABŞ ilə müqavilə və NATO ilə saziş layihələrini dərc edib. Moskva xüsusilə Qərb tərəfdaşlarından NATO-nun şərqə doğru genişlənməsindən, Ukraynanın bloka qoşulmasından və postsovet ölkələrində hərbi bazaların yaradılmasından imtina etmək üçün hüquqi təminat tələb edir.

Həmçinin təkliflər NATO-nun zərbə silahlarının Rusiya sərhədləri yaxınlığında yerləşdirilməməsi və Şərqi Avropada alyans qüvvələrinin 1997-ci ildəki mövqelərinə çəkilməsi haqqında bənddən ibarət idi.