ABŞ dövlət katibi Entoni Blinken və Rusiyanın xarici işlər naziri Sergey Lavrov telefon danışığı aparıblar.
7Times.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bundan əvvəl fevralın 12-də ABŞ-ın təşəbbüsü ilə tərəflərin telefon danışığı baş tutub.
Yanvarın 26-da ABŞ və NATO Moskvanın təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərinə yazılı cavabları Rusiyaya təhvil verib. Amerika tərəfi bu sənədlərin mətnlərinin açıqlanmamasını istəyib, lakin dövlət katibi Blinken və NATO-nun baş katibi Yens Stoltenberq onların əsas müddəalarını sadalayıblar. Bu bəyanatlara görə, Qərb Rusiya üçün prinsipial güzəştə getməyib, əksinə, gələcək danışıqların istiqamətlərini müəyyən edib.
Follow @7timesaz