Sumqayıtda yerləşən kafelərdən birində karantin qaydaları pozulduğu üçün polis tərəfindən əməliyyat keçirilib.
Bu barədə BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər. Hadisə şahidləri bildiriblər ki, reyd zamanı kafedə intim xidmətlər göstərən qızlar da aşkarlanıb və saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə kafedə polis tərəfindən reyd keçirildiyi təsdiqlənib.
“Saat 12-dən sonra fəaliyyət göstərdiyi üçün karantin qaydalarının pozulması barədə məlumat daxil olub. Reyd keçirilib.
Reyd zamanı müştərilər və kafe sahibi barəsində inzibati protokol tərtib edilib”, – nazirliyin məlumatında bildirilib.
Follow @7timesaz