Dünya

“16 fevral vacib gündür” – Zelenski xalqa SƏSLƏNDİ

“16 fevral vacib gündür” – Zelenski xalqa SƏSLƏNDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Prezidenti Volodimir Zelenski 16 fevral – Birlik Günü münasibətilə xalqa müraciət edib.
Modern.az xəbər verir ki, bu barədə “UNIAN” məlumat yayıb.
Canlı yayımla xalqa səslənən Zelenski bu günün əhəmiyyətindən danışıb.
“Bu gün vacib bir gündür – hamımızın Birlik Günüdür. Biz yaşımıza, cinsimizə, haradan olmağımıza, peşəmizə görə fərqlənirik. Amma bizi bir arzu birləşdirir: sülh içində, xoşbəxt yaşamaq arzusu. Bizim buna tam haqqımız var. Çünki biz öz evimizdə, Ukraynadayıq. Heç kim evimizi bizim sevdiyimiz qədər sevməyəcək. Yalnız biz, birlikdə olsaq, evimizi qoruya bilərik. Birlik günün mübarək, Ukrayna!”, – Volodimir Zelenski xalqa müraciətində vurğulayıb.