Ölkə

Sərxoş qadınlar: Onların sükan arxasında nə işi var?

Sərxoş qadınlar: Onların sükan arxasında nə işi var?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən il 40 qadın sərxoş vəziyyətdə sükan arxasında yaxalanıb. Yol hərəkəti qaydalarını pozan zərif cinsin nümayəndələrinin sayı 84 min nəfərdən çox olub. 2021-ci ildə qadın sürücüləri tərəfindən 28 yol-nəqliyyat hadisəsi törədilib. Bu qəzalarda 17 nəfər həyatını itirib, 18 nəfər isə müxtəlif bədən xəsarəti alıb. 

Qadınlarla bağlı bu statistika narahatlıq üçün əsas sayıla bilərmi?

Qadın sürücülər tərəfindən törədilən qayda pozuntularının sayının azalması üçün nə etmək laızmdır?

Nəqliyyat və yol hərəkatı qaydaları üzrə ekspert Elməddin Muradlı Yenisabah.az-a açıqlamasında deyib ki, qadın sürücülərinə bir halda qayda pozmağa icazə verilir, o da hamilə vaxtı təhlükəsizlik kəmərinin taxılmamasıdır:

“Qalan hallarda qanun da elə bir müddəa yoxdur ki, pozuntuya yol verə bilsin. Təəssüflər olsun ki, Dövlət Baş Polis İdarəsinin yaydığı məlumatda da bildirilib ki, artıq qadın sürücülərin arasında da kobud qayda pozuntusuna rast gəlinir. Avtoxuliqanlıq əməlinə belə yol verilir. Ümumiyyətlə, sərxoş halda avtomobili idarə etmək çox həssas bir məsələdir”.

Ekspert qeyd edib ki, bəzi hallarda qəza baş verəndə onu qeydiyyata almırlar:

“İşıqforun qırmızı işığından keçənlər, əks istiqamətə çıxanlar da çoxdur. Bəzən elə olur ki, imkanlı şəxslərin ailə üzvü, tanışı olduğuna görə, hadisə qeydə alınmır. Şəxlər öz aralarında razılığa gəlirlər. Tövsiyyəm odur ki, sükan arxasında son dərəcədə diqqətli olsunlar. Özlərini bahalı maşında toxunulmaz hiss etməsinlər. Maşın metal konstruksiyadan qurulub. İstənilən halda qəza zamanı ölümə səbəb ola bilər.

Xanım sürücülərin ayaqqabları da onlara bəzən problem yarada bilir. Ayaqyalın sürənlər də var. Daban mütəmadi olaraq avtomobilin döşəməsində olduğu üçün keyimə baş verir. Mütəxəssislər də sübut edir ki, daban keyidikdə əyləci basıb-basmadığını hiss etmir. Onlar xanım olduqlarına görə, bunu nəzərə almalıdırlar. Bəziləri təhlükəsizlik kəmərindən imtina edir. Onu sıxdığını bildirir. Belə qanun yoxdur. Mütləq taxılmalıdır. Çox zaman avtomoblii yüksək sürətlə idarə edirlər. Daha sonra da həyəcandan idarə etməni itirirlər. Ona görə də son dərəcə diqqət etməlidirlər”.

E.Muradlının sözlərinə görə, xanımlara maşını alanlar düşünməsin ki, bununla məsələ həll olundu:

“Xanım olduqlarına görə, onlara sərt cəza tətbiq edilmir. Son dərəcə diqqət və hörmət göstərilir. Xanımları maşınla təmin edənlərin əksəriyyəti kişilərdir. Almaq məsələni həll etmək deyil. Bu gün xanımlar rəfiqələrini götürüb, gedirlər. Daha sonra da yeyib- içib sükan arxasında otururlar. Düşünürlər ki, yol polisi bizə hörmət edəcək. Buna nəinki yol polisi, heç vətəndaşlar da imkan verməməlidir. Dərhal qarşısı alınmalıdır. Bunlar hamısı qayda-qanunlara hörmətsizlikdən irəli gələn məsələlərdir”.