Konfrans Liqasında pley-off mərhələsi start götürüb.
Apasport.az saytının məlumatına görə, Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” ilk oyununa çıxıb.
İstanbul klubu Çexiya “Slaviya”sını doğma arenasında qəbul edib. Görüşdə hesabı qonaqlar açıb. 45-ci dəqiqədə İbrahim Traore “Slaviya”nı önə keçirib. “Sarı-lacivərdlilər”in buna cavabı 58-ci dəqiqədə gəlib. Dimitrios Pelkas status-kvonu bərpa edib.
Lakin türkiyəlilərin sevinci qısa sürüb. Oskar Dorley (62) və Andrey Linqr (64) 3 dəqiqə ərzində ev sahiblərini iki dəfə mərkəzə dəvət edib. İsmayıl Kartalın yetirmələrinin gücü fərqi minimuma endirməyə çatıb. Ferdi Kadıoğlu 83-cü dəqiqədə fərqlənib. Beləliklə, səfərdən 3:2 hesablı qələbə ilə dönən “Slaviya” ciddi üstünlük əldə edib.
Bu komandalar arasında cavab görüşü fevralın 24-də Praqada keçiriləcək.
Follow @7timesaz