İdman

“Qarabağ”ın kapitanı tarixi rekorda şərik olub

“Qarabağ”ın kapitanı tarixi rekorda şərik olubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın kapitanı Maksim Medvedev avrokuboklarda 113-cü oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə səfər matçında meydana çıxmaqla Azərbaycan futbol tarixinə düşüb.

Az öncə başlayan görüşdə start heyətində yer alan millimizin lideri avrokuboklarda ən çox oyun keçirən Azərbaycan futbolçusu adına şərik olub. Bununla o, sabiq komanda yoldaşı Rəşad Sadıqovun göstəricisini təkrarlayıb.

Medvedev 113 qarşılaşmanın 35-ni Çempionlar Liqasında, 66-nı Avropa Liqasında, 12-ni isə Konfrans Liqasında keçirib. Maksim fevralın 24-də Bakıdakı cavab matçında da iştirak etməklə mütləq rekorda imza atacaq.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” oyunu “Velodrom” stadionunda keçirilir.