Dünya

Polşa Rusiya ilə sərhəddə divar hörməyi planlaşdırır

Polşa Rusiya ilə sərhəddə divar hörməyi planlaşdırırbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Rusiya ilə sərhəddə divar hörməyi planlaşdırır.

“RİA Novosti”xəbər verir ki, bu barədə Polşa milli müdafiə nazirinin müavini Voysex Skurkeviç məlumat verib.

“Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə divar hörə bilər” sualına cavabında nazir müavini deyib: “Biz Polşa-Rusiya sərhədində divar tikməyəcəyik. Biz bunu hələ planlaşdırırıq”.

Məlumata görə, Polşa bu ilin yanvarında mühacir böhranı ilə əlaqədar Belarusla sərhəddə baryer tikməyə başlayıb. Uzunluğu 186 km olan maneənin 400 milyon dollara başa gələcəyi bildirilib. Bu tikintinin 2022-ci ilin iyununda başa çatacağı planlaşdırılır.