Sifətin cazibədarlığının bioloji əhəmiyyəti var, orqanizmin sağlamlığına və “irsiyyətin kefiyyəti”nə dəlalət edir.
Moderator.az xəbər verir ki, bunu “Proceedings of the Royal Society” elmi jurnalında dərc edilən yeni məqalə müəllifləri iddia edib.
ABŞ-ın Texas xristian universitetindən olan tədqiqat rəhbəri Sammer Mengelkox və həmkarları 492 könüllülərin (259 qadın və 233 kişi) iştirakı ilə on-line eksperiment keçirib.
İştirakçılara real mövcud olan 159 nəfərin (79 qadın və 80 kişi) fotoşəkilləri nümayiş etdirilib. Bu zaman qadınlardan fotoşəkillərini çəkməzdən öncə sifətlərindən kosmetikanı silməyi, şəkil çəkdirən zaman isə sifətin neytral ifadəsini saxlamağı xahiş ediblər.
Eksperiment iştirakçılarından fotolarda əks etdirilən 25 nəfərin gözəlliyini və cazibədarlığını qiymətləndirməyi xahiş ediblər. Bütün fotoşəkillər təsadüfi ardıcıllıqla təqdim edilib.
İştirakçılara portretləri göstərilən insanlar əvvəlcədən tibbi müayinən keçərək, onların immunitetinin vəziyyəti, orqanizmdə olan iltihabi proseslərin gedişi və digər sağlamlıq amilləri müəyyən edilib.
Əldə edilən nəticələri müqayisə edəkən alimlər müəyyən edib ki, daha cazibədar görünən insanlarda immun sistemi orta hesabla daha yaxşı işləyir. Bu zaman iltihabi prosesin səviyyəsi cazibədarlıqla əlaqəli olmayıb.
Təsqiqat müəllifləri bu qərara gəlib ki, zahiri cazibədarlıq kəskin fazada olan cari xəstəlikdən daha çox orqanizmin xəstəliyin öhdəsindən gələ bilməsi qabiliyyətindən xəbər verir.
Gözəlliklə bağlı cizgilər, məsələn, sifətin simmetrik olması və parlaq gözlər, ona dəlalət edə bilər ki, orqanizm infeksiya ilə daha yaxşı mübarizə aparır. Bunu eksperimentdə iştirak edən fotomodellərin qan analizlərinin tədqiqi göstərib.
Alimlər bəzi incə məqamları da qeyd edib.
Məsələn, kişilərin sifətinin cazibədarlığı bakterial infeksiayalara qarşı mübarizə aparan və anadangəlmə immuniteti təmin edən “təbii killerlər” olan NK-hüceyrələrin aktivliyi ilə əlaqəli olub.
Qadınların cazibədarlığı isə öz növbəsində qlükozanın və anticismlərin səviyyələri ilə əlaqəli olub.
Tədqiqatçılar güman edir ki, insan cazibədar adamlara daha fəal surətdə diqqət yetirir, çünki onun beyni sağlam tərəfdaşlarının axtarışına proqramlaşdırılıb.
“İnsanlar cazibədar olan adamla tanış olmaq üçün bara gedir, tez-tez cəmiyyət tərəfindən qınaqlara məruz qalır, onlara deyirlər: “Məsələ təkcə zahiri gözəllikdə deyil”.
Əsl həqiqətdə isə insanlar öz instinktlərinə uyğun olaraq hərəkət edir və özünə keyfiyyətli tərəfdaş axtarırlar”, – Sammer Mengelkox qeyd edib.
Yekun olaraq alimlər bu nəticəyə gəlib ki, sifətin gözəlliyi istənilən halda genetika ilə, immuniteti səciyyələndirən irsiyyətlə bağlı ola bilər.
“Bizim tədqiqatlar göstərib ki, sifətin cazibədarlığı insanın immun sistemi, xüsusilə və ilk növbədə onun bakterial təhlükələrə qarşı effektiv mübarizə aparmaq qabiliyəti haqqında təsəvvür yarada bilər.
Bundan başqa, kişilərdə sifətin cazibədarlığı onların virus təhlükələrinə və yeni törəmələrin inkişafı ilə effektiv surətdə mübarizə qabiliyyətinin göstəricisi ola bilər.
Baxmayaraq ki, bu nəticələrin təkrarı üçün əlavə tədqiqatlar lazımdır, amma artıq indidən deyə bilərik ki, sifətin cazibədarlığı ilə immun sistemin fəaliyyəti arasında birmənalı olaraq əlaqə mövciddur”, – Mengelkox sözlərinə yekun vurub.
Follow @7timesaz