İsrailin 2023-cü il oktyabrın 7-dən Fələstin Dövlətinin ərazində keçirdiyi işğalçı hərbi əməliyyatlar nəticəsində Qəzza zolağında azı 21 min uşaq əlil olub.
Bu məlumatları Cenevrədə keçirilən brifinqdə BMT-nin Əlillərin Hüquqları Komitəsinin ekspertləri təqdim ediblər.
Onların məlumatına görə, Qəzzada 40,5 minə yaxın uşaq müharibə ilə bağlı xəsarətlər alıb. 2023-cü il oktyabrın 7-dən 2025-ci il avqustun 21-dək 157 mindən çox Qəzza sakini xəsarət alıb və onların 25 %-dən çoxu ömürlük əlil qalmaq riski ilə üzləşib.