Böyük Britaniya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya 1 milyard dollar göndərib.
7Times.az xəbər verir ki, məlumat ölkə hökumətinin rəsmi saytında yer alıb.
“Dondurulmuş Rusiya aktivlərindən əldə olunan 1 milyard funt sterlinqdən artıq məbləğ Ukraynaya hərbi dəstək üçün yönəldilib”, – müdafiə naziri Con Hili bildirib.
Nazir həmçinin qeyd edib ki, Böyük Britaniya Silahlı Qüvvələrinin döyüş hazırlığı səviyyəsini yenidən nəzərdən keçirir və atəşkəsin əldə olunacağı halda onları Ukraynaya göndərməyə hazırdır.
Follow @7timesaz