Rusiya Prezidenti Vladimir Putin Ukraynanın separatçı Donetsk və Luqansk Xalq Respublikalarından təxliyyə olunanların hər birinə 10 min rubl ödəməyi tapşırıb.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Bundan əlavə, Putin Rostov vilayətində Donetsk və Luqanskdan təxliyə olunanlar üçün lazımi şəraitin yaradılmasına göstəriş verib.
Qeyd edək ki, separatçı DXR və LXR rəhbərləri təmas xətti yaxınlığında Ukrayna ordusunun güclənməsi fonunda əhalinin Rusiyaya təxliyəsinin başlandığını elan ediblər.
Follow @7timesaz