Xaçmazda qadın su çəninə düşərək ölüb.
7Times.az xəbər verir ki, hadisə rayonun Yeni Həyat qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1956-cı il təvəllüdlü Sevinc Nəriman qızı Orucova yaşadığı evin həyətində 5 tonluq su çənini doldurarkən çənin içərisinə düşüb və boğulub.
S.Orucovanın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Follow @7timesaz