İsrail vətəndaşlarını Ukraynanı mümkün qədər tez tərk etməyə çağırıb.
7Times.az xəbər verir ki, İsrailin Xarici İşlər Nazirliyi ölkədə münaqişənin alovlanması ehtimalına görə bu addımı atıb.
“Bu gün XİN-də keçirilən müşavirə və Münhen konfransının iştirakçıları ilə məsləhətləşmədən sonra İsrail bir daha vətəndaşlarını Ukraynadan çıxmağa çağırıb. Münaqişə gözləniləndən tez alovlana və ağır nəticələrə səbəb ola bilər” – deyə İsrailin xarici siyasət idarəsi bildirib.
Follow @7timesaz