Dünya

“Putinə barmağını versən, bütün əlini qoparmağa cəhd edəcək” 

“Putinə barmağını versən, bütün əlini qoparmağa cəhd edəcək”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir neçə həftədir dünyada, daha doğrusu Ukraynanın ətrafında ağlasığmaz proseslər gedir. Putin dünyanı 3-cü dünya müharibəsinin astanasına gətirib çıxarıb”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, Putin bütün keyfiyyətləri ilə Hitlerin 21-ci əsrdə kopiyasıdır:

“Hitlerin qərb ölkələrini, daha doğrusu Britaniya və Fransanı Münhenə gətirməsi və onlara bədnam Münhen sazişini imzalatdırması Çexslovakiyanı işğal edilməsi və Avstriyanın anaksesiya olunması ilə qurtardı.

Putinin NATO və ABŞ-a verdiyi ultimatumlar demək olar ki, Hitlerin 1938-ci ildə Britaniya və Fransaya verdiyi ultimatumlarla eynidir. Hər halda dünyanın bu günkü liderləri, ABŞ prezidenti, NATO, Britaniya, Fransa, Almaniya liderləri Münhen sazişinin tarixi və sonradan baş vermiş hadisələri çox yaxşı bilirlər. Yaxşı bilirlər ki, indiki Rusiya o vaxtkı Almaniyadan qat-qat güclüdür.

Yaxşı bilirlər ki, Putinə barmağını versən bütün əlini qoparmağa cəhd edəcək. NATO ölkələri Putinin tələblərinə əməl edib “yaxşı biz Ukrayna və Gürcüstanı NATO -ya qəbul etməyəcəyik” desə Putin çox gözləməyəcək, Hitler kimi (Hitlerin tələbi Polşanın Qdanski vilayətinin ona verilməsi idi) Baltik ökələri, onun ardınca Ruminya, Bolqarıstan, Macarstan, Polşa və başqaları da NATO-dan çıxmalıdır olacaq. İlk növbədə “qonşuluqda bizə düşmən olan ölkələri” devizi altında ilk addım olaraq Ukraynanı, Baltik ölkələrini, Gürcüstanı işğal edəcək.

Rusiya dünyada ən zəif ekonomikası olan ölkədir. Rusiyanın at oynatması neft və qaz ixracı və bu məhsulların qiymətinin qalxmasıdır. Neft və qazsız Rusiya dünyanın ən kasıb ölkələrindən birinə çevrilər. Əgər bu məhsullara qarşı Rusiyaya sanksiya qoyulmasa, hansı ağılasığmaz sanksiyadan söhbət gedir. Sanksiya qoyulsa belə, Rusiya bu məhsulları Çinə iki dəfə ucuzuna satacaq, keyfiyyətsiz tanklarını, təyyarələrini, raketlərini istehsal edəcək və Nüvə silahı ilə hədələyəcək.

ABŞ və Aİ təcili Ukraynanı müasir silahlarla, yəni hava hucumundan müdafiə sistemi, müasir tanklar Leopard, Abrahams və azı 2 min kilometr uzağa ucan raketlərlə təmin etməsə, yuxarıda yazdığım ssenarini Putin reallaşdıracaq.

Mütəxəsislərin hamısı rus əsgərinin vuruşma qabiliyyətinin Avropa və ABŞ-dan azı 2 dəfə o cümlədən Ukrayna əsgərindən aşağı olduğunu bilir. Yaxşı silahlandırılmış Ukrayna ordusu nəinki bir qarış ərazisini verməz, əksinə Rostov və Voronejə qədər gedib çıxar.

NATO 1938-ci ildə Britaniya və Fransanın buraxdığı səhvi təkrarlammalıdır. Rusiya bilməlidir ki, əgər Ukraynaya qarşı müharibəyə başlasa Baltik ölkələri, Polşa real kömək göstərəcək. Britaniya dəniz hava qüvvələri Aralıq və Qara dənizdə Rusiyanın gəmilərinin hamısını batıracaq. Tarixdə eyni hadisələr bir neçə dəfə baş verib”.