Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.
7Times.az xəbər verir ki, bu barədə “İnterfaks” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti qeyd edib ki, Qazaxıstanın keçmiş müdafiə nazirinə qarşı Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb, istintaq başlayıb. O, Nur-Sultandakı müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili işlər nazirinin keçmiş müavini, general-leytenant Ruslan Jaksılıkovu yeni müdafiə naziri təyin edib.
Follow @7timesaz