Ukrayna xüsusi təyinatlılarının iki qrupu Donbassdakı təmas xəttinə yaxın Kiyevin nəzarətində olan Bolotennı qəsəbəsi ərazisinə gəlib.
7Times.az xəbər verir ki, bu barədə özünü elan etmiş Luqansk Xalq Respublikasının xalq milisləri nümayəndəliyi deyib.
“Hər biri on beş yaraqlıdan ibarət “Qərb” xüsusi təyinatlı qüvvələrinin ayrıca mərkəzinin iki qrupunun Bolotennı qəsəbəsi ərazisinə gəlməsi qeyd edilib. Gələn Ukrayna xüsusi təyinatlılarının bölmələrinin əsas vəzifəsi təxribat və kəşfiyyat əməliyyatları həyata keçirməkdir”, – məlumatda bildirilib.
Follow @7timesaz