Dünya

Ermənistanda kənd sakinləri “Qazprom”un əməkdaşlarına hücum ETDİ

Ermənistanda kənd sakinləri “Qazprom”un əməkdaşlarına hücum ETDİbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Geqarkunik vilayətində yerli sakinlər “Qazprom Armeniya” şirkətinin əməkdaşlarına hücum edib.

7times.az xəbər verir ki, insidentdə Tsovagüh kəndinin 50-yə yaxın sakini iştirak edib.

Qeyd olunur ki, “Qazprom” əməkdaşları kənddə qaz oğurluğu barədə müraciətləri yoxlamaq üçün polis müşayiətində həmin bölgəyə gedib. Hadisə yerinə baxış keçirilən zaman sakinlər əməkdaşlara hücum ediblər.

Hücum zamanı bəzi əməkdaşlar, eləcə də iki polis əməkdaşı xəsarət alıb.

İnsidentlə əlaqədar bir neçə sakin saxlanılıb. unikal.org