İrəvandan Azərbaycana TƏBRİK gəldi
Azərforum xəbər verir ki, Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclası başlayıb.
Bu barədə öz sosial şəbəkə hesabında iclasda iştirak edən Milli Məclisin deputatı Soltan Məmmədov paylaşım edib.
Deputat iclasdan fotolar paylaşaraq bu şərhi yazıb: “İrəvandan dünya azərbaycanlılarına salamlar! Su çərşənbəniz mübarək olsun!!!”.
Qeyd edək ki, deputatlar Tahir Mirkişili və Soltan Məmmədov komitə iclasında iştirak etmək üçün İrəvanda səfərdədilər. Onlar iclaslarda müzakirə olunacaq məsələlərdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Follow @7timesaz