Maqazin

“Yıldız ilk sevgim idi, bizi ayırdılar” – Arda Kural

“Yıldız ilk sevgim idi, bizi ayırdılar” – Arda Kuralbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir zamanlar rol aldığı seriallarla məşhurlaşan, lakin daha sonra keçirdiyi psixoloji problemlər səbəbindən ekrandan uzaqlaşan aktyor Arda Kural illər sonra aktrisa Yıldız Asyalı ilə bağlı efiraf edib.

 

 

Axşam.az xəbər verir ki, aktyor 17 yaşında olarkən “Eyvah kızım büyüdü” serialında tərəf müqabili Yıldıza aşiq olduğunu bildirib. O, “2. sayfa” proqramında qonaq olarkən verdiyi açıqlamada onları ayırdıqlarını vurğulayıb:

“Yıldız ilk sevgim idi. Ona bərk bağlanmışdım. Ondan başqa heç kimi düşünə bilmədim. Həyatım Yıldız olmuşdu, həmişə onu düşünürdüm: Çəkiliş meydançasında, evdə… Qəsdən deyil, amma bizi ayırdılar. Önümüzdə parlaq gələcək olduğunu deyib, bir-birimizin önünü kəsməmək üçün bunu etdilər. Çox acı çəkmişdim.

Bununla bağlı mövzu açılan kimi anında bağlamağa çalışıram. Ayrılma anımızı ən incə amilinə qədər xatırlayıram. Yıldız mənə çox zəng vurdu, amma mən açmadım. Onunla yanaşı gəlməyə qorxuram”.

Qeyd edək ki, illər əvvəl Yıldız da açıqlamasında ilk sevgisinin Arda olduğunu, lakin bəzi səbəblərədən münasibətlərinin sonlandığını açıqlamışdı.