“Qarabağ” və Fransanın “Marsel” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək satılmış biletlərin sayı açıqlanıb.
“Köhlən atlar”ın Mətbuat Xidmətindən Metbuat.az-a verilən məlumata görə, qarşılaşma üçün 12 500-dən çox bilet alınıb.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçda koronavirus pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq. Bu səbəbdən 15 500 bilet satışa çıxarılıb.
Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda “Qarabağ” 1:3 hesabı ilə uduzub.
Follow @7timesaz