Dünya

Lukaşenko: “Bunu Putinə mən təklif etmişəm, utanmıram”

Lukaşenko: “Bunu Putinə mən təklif etmişəm, utanmıram”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya qoşunlarının təlimlərdən sonra bir hissəsinin Belarusun cənub hissəsində qalmasını Putinə mən özüm təklif etmişəm”.

“Ölkə.Az” “belta.by”a istinadən xəbər verir ki, bunu Belarus prezidenti Lukaşenko özü bəyan edib.

“Hər hansı iradlar olmasın deyə, Moskvadakı son görüşdə mən şəxsən Putinə Rusiya Federasiyası Silahlı Qüvvələrinin müəyyən hissəsini Belarusumuzun cənubunda qalmasını təklif etdim. Niyə? Bunu deməkdən utanmıram. Bu vəziyyətdə biz cənub istiqamətini müdafiə etməyə hazır deyildik. Çünki sərhəd yoxdur. Hərbi hissələr sərhədə doğru irəliləyib orada manevrlər etməyə başladılar. Biz bunu gördük, amma orada heç vaxt qoşunumuz olmayıb. Ona görə də biz onları Silahlı Qüvvələrimizlə əvəz edənədək Rusiya qoşularının müəyyən hissəsinin qalmasını təklif etdim”, – Lukaşenko deyib.