İdman

Qurban Qurbanov: “Əsl azərbaycanlı kimi qərar vermək istədim”

Qurban Qurbanov: “Əsl azərbaycanlı kimi qərar vermək istədim”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əsl azərbaycanlı kimi qərar vermək istədim”.

Sfera.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Fransa “Marsel”inə 0:3 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda etdiyi feyr-pley jesti barədə danışarkən deyib.

50 yaşlı mütəxəssis bu qərarının hələ çox müzakirə olunacağını bildirib: “Amma mən özüm bunu müzakirə etmək istəmirəm. Azarkeşlərin də məndən küsəcəyini düşünmürəm. Futbolçunu yanıma çağırdım və soruşdum ki, top əlinə dəydi, yoxsa özün əllə oynadın. O da özü əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı hansısa çətinliyim yoxdur”.
Qurbanovun sözlərinə görə, bu mövzuda çox fikir bildirmək çətindir: “Öz üzərimə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışıram. Ədalətli olmağa çalışdım. Heç kimin haqqına girmək istəmirik. Bizə qarşı ədalətsizliklərə cavab vermək ağlıma gəlmirdi. Keçmişdəki hadisələr oyun vaxtı yaddan çıxır”.