Hərbi

Putin diversantları artıq Kiyevdə!.. -MN əhalini “Molotov”larla silahlanmağa çağırdı!..

Putin diversantları artıq Kiyevdə!.. -MN əhalini “Molotov”larla silahlanmağa çağırdı!..backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Müdafiə Nazirliyi Kiyev əhalisinə Rusiya diversantlarının Obolon bölgəsində yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edib.
Moderator.az xəbər verir ki, bu barədə MN-nin “Facebook”da paylaşdığı mesajında ​​deyilir.
Şəhər sakinlərindən düşmən aşkar edilərsə, zərərsizləşdirilməsi üçün yandırıcı “Molotov” qarışıqları hazırlamaq tapşırılıb.
“Obolonda düşmən diversiya qrupları var. Vətəndaşlardan texnikanın hərəkəti barədə məlumat vermələrini xahiş edirik! “Molotov” kokteyli hazırlayın, işğalçını zərərsizləşdirin! Mülki əhali – ehtiyatlı olun! Evdən çıxmayın”, – Ukrayna Müdafiə Nazirliyi belə yazır.