İngiltərə Premyer Liqasının 27-ci turunda keçirilən “Everton” – “Mançester Siti” matçı başlamazdan əvvəl stadionda duyğulu anlar yaşanıb.
Belə ki, “şəhərlilər” matça üzərində Ukrayna bayrağı olan köynəklə çıxıblar.
Futbolçular meydançaya daxil olunca, qonaqların oyunu kənardan izləyən ukraynalı futbolçusu Oleksandr Zinçenko göz yaşlarına hakim ola bilməyib. Bu zaman bütün stadion ayaq üstə onu alqışlayıb.