İdman

Messi müharibəyə biganə qaldı, arvadının bikinili fotosunu paylaşdı – FOTO

Messi müharibəyə biganə qaldı, arvadının bikinili fotosunu paylaşdı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Messinin Rusiyanın Ukraynaya müharibə elan etməsi fonunda etdiyi paylaşımı müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, Kriştiano Ronaldo kimi dünya şöhrətli futbolçular müharibənin dayandırılması çağırışı edərkən, Lionel Messinin həyat yoldaşının doğum günü ilə bağlı paylaşımı müzakirə mövzusu olub.

Ukraynanı bombalayan Rusiyaya idman dünyasından reaksiyalar gəlir. İdmançılar və klublar müharibənin dayandırılmasını tələb edərkən, dünya şöhrətli futbolçu Lionel Messinin paylaşımı reaksiya doğurub.

Həyat yoldaşının ad gününü qeyd edən Messi “Ad günün mübarək sevgilim, səni sevirəm” şərhini yazaraq paylaşım edib. Futbolsevərlər onu müharibə əleyhinə mesaj vermədiyi üçün tənqid edib. İzləyiciləri argentinalı ulduza Kriştiano Ronaldonu örnək götürməsini yazıblar və portuqaliyalı ulduza təriflər yağdırıblar.

Qeyd edək ki, Kriştiano Ronaldo “Uşaqlarımız üçün daha yaxşı bir dünya yaratmalıyıq. Sülh üçün dua edirəm” deyə paylaşım etmişdi.