Xarkovda küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu güllələnib.
AZXEBER.COM xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli məlumat verib.
S. Adgəzəlli deyib ki, K. Məmmədov qardaşı oğlunun tələbə olduğunu bildirib. Hazırda atışma olduğundan küçədən meyiti götürmək mümkün deyil.
Hadisə yarım saat əvvəl baş verib.
Follow @7timesaz