Kiyevdə martın 1-dən etibarən spirtli içkilərin satışı qadağan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
Mer, həmçinin vurğulayıb ki, apteklər məhsulların qiymətini qaldırmamalıdır.
“Mən mağaza, şəbəkə və aptek sahiblərinin diqqətini ərzaqların, zəruri malların və dərmanların qiymətinə yönləndirəm ki, vəziyyətdən istifadə edərək qiymətləri qaldırmasınlar”, deyə Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı bildirib.
V. Kliçkonun fikrincə, müharibə zamanı bu malların qiymətinin artırılması talançılıqdır.
Qeyd edək ki, Kiyev şəhərində saat 20:00-dan 07:00-a kimi komendant saatı tətbiq edilir.