Meksikanın şimal-qərbindəki Xalisko əyalətində içərisində insan qalıqları olan 50-dən çox çanta tapılıb.
Sfera.az bildirir ki, bu barədə əyalət prokurorluğu məlumat yayıb. Bildirilib ki, qalıqların neçə nəfərə aid olduğunu müəyyən etmək üçün məhkəmə-tibb morquna göndərilib. Bölgədə qazıntı işlərinin bir müddət də davam edəcəyi vurğulanıb.
Xatırladaq ki, fevralın 13-də Xalisko əyalətinin Zapopan şəhərində içərisində insan qalıqları olan 18 çanta tapılıb. Daha sonra araşdırmalar davam etdirilib.
İnsan Haqları, Əhali və Miqrasiya üzrə müşavir Alejandro Encinas 2006-2021-ci illər arasında Meksikada 82 mindən çox insanın itkin düşdüyünü xatırladıb.
Xalisko əyalətində fəaliyyət göstərən “Jalisco Next Generation” narkotik şəbəkəsi regionun ən güclü qruplaşması kimi tanınır. Minlərlə insanın itkin düşməsi də bu qruplaşma ilə əlaqələndirilir.