Amerikalı hamilə qadın ərini ABŞ-ın cənub-şərqində ona hücum edən köpək balığının ağzında ölməkdən xilas edib.
Qaynarinfo xəbər verir ki, bu hadisə haqda “Miami Herald” yazıb.
Hadisə, 30 yaşlı Endryü Eddi və həyat yoldaşı Marqot Düks və ailəsi qayıq gəzintisində olarkən Florida-Keys yaxınlığında baş verib. Kişi maskayla üzmək üçün suya atılıb. Ancaq təxminən üç metrlik köpəkbalığı dərhal onun çiynindən tutub.
Arvadı dəniz yırtıcısının üzgəcinin fərqinə varıb və suyun qırmızıya boyandığını görəndə dərhal ərinə doğru atılıb. O, cəld ərindən yapışıb və yaralı Eddini qayığa çəkib. Kişi ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Arvadı isə yara almayıb.
Follow @7timesaz