Türkiyədə şəxsiyyət və sürücülük vəsiqələrinin birləşdirilməsi işlərinə başlanılıb.
7times.az AzərTAC-a istinadla xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumatda qeyd edilir ki, “Həyat şəxsiyyət vəsiqənlə asandır” adı altında sənədlərin birləşdirilməsi işləri artıq 5 gündür davam etdirilir. Bu müddət ərzində 120 min 695 nəfərin sürücülük vəsiqəsindəki məlumatlar şəxsiyyət vəsiqələrinə keçirilib.
Follow @7timesaz