Maqazin

“Anam koronavirusa yoluxub, evə gəlmə” deyən təzə gəlindən ağılasığmaz əməl – FOTO

“Anam koronavirusa yoluxub, evə gəlmə” deyən təzə gəlindən ağılasığmaz əməl – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adanada yaşanan olay hər kəsi heyrətə salıb.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, 41 yaşlı iki uşaq atası Mehmet Esen bir ay əvvəl 39 yaşlı Neslihan C. adlı qadınla evlənib. Sonra yaşadığı hadisə isə onu şoka salıb. Bildirib ki, yeni həyat yoldaşı ona “anam koronavirusa yoluxub. Evə qayıtma” mesajı göndərib və ardınca da 150 min lirəlik toy qızılını və evdəki çaydan da daxil olmaqla bütün əşyalarını götürərək aradan çıxıb.

Maraqlı olan odur ki, Esen həyat yoldaşından şikayət etmək üçün polis bölməsinə gedəndə orada ona “arvadını döymüsən” ittihamı irəli sürərək həbs ediblər. Polisə həqiqəti deyən Esen daha sonra sərbəst buraxılaraq həyat yoldaşına qarşı cinayət işi qaldırılmasına nail olub. Hətta 2 qızının tennis raketkalarının belə oğurlandığını iddia edən Esen “bu cür hadisələr dəb halını alıb. Evləndikdən 1 həftə sonra bütün əşyalarını götürüb gedirlər” deyib.