Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan Rusiya iqtisadiyyatı Putinin 20 ildən artıq hakimiyyəti illərində ən ağır məğlubiyyətə uğrayıb. Ötən illərin qiymətlərinə istinad etsək, Rusiyan ümumdaxili məhsulunun 30 milyard dollardan artıq, yaxud 2022-ci ildə 9 faiz vəsaiti itirib.
7Times.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.
İki il dalbadal inkişaf etməli olan Rusiya iqtisadiyyatı beynəlxalq sanksiyalar ucbatından bir neçə gün ərzində tənəzzülə uğrayıb. Dəyən ziyanın ilkin hesablamalarına görə, Rusiyanın ustehsalı təxminən 2 faiz aşağı düşüb, bu da 2020-ci ildə pandemiya zamanı illik azalma ilə müqayisə edilə bilər.
Martın 11-də Putin rusiyalıları sakitləşdirərək bəyan edib ki, məsələn, Sovet İttifaqı sanksiyalar şəraitində inkişaf edib və “çox böyük uğurlar” qazanıb. Rusiya liderinin bu nikbinliyi Ukraynadakı müharibənin uzanacağı və əlavə sanksiyalara gətirib çıxaracağı tədqirdə zamanın sınağından çıxa bilməyəcək. Artıq bu gün Rusiya əsrin ən güclü inflyasiya həddinə yaxınlaşmaqdadır və defisit riski hökuməti ixrac sahəsində məhdudiyyətlərə getməyə vadar edir. “Bloomberg”in qiymətləndirməsinə görə, müharibənin ilk günlərində iqtisadiyyatın iflası korona böhranı və dünya maliyyə böhranını xatırladır. 2009-cu ildə ÜDM təxminən 8 faiz azalıb. Qarşıdakı il üçün perspektivlər dəyişkəndir və iqtisadçılar buna fərqli qiymət verir. Beynəlxalq maliyyə institutu 15 faiz “çox dərin resessiya” gözlənildiyini deyib, JPMorgan Chase & Co və Goldman Sachs Group İnc ekspertləri isə 7 faiz azalmanı proqnozlaşdırıb.
Bank of America Corp- un proqnozlarına görə, bu il Rusiyanın ÜDM-i 13 faiz aşağı düşəcək, həm də əgər Rusiyadan enerjiresurslarının alınması dayanarsa, daha dərin tənəzzül baş verə bilər. Analitiklərin mart ayında apardığı sorğular göstərib ki, bu il iqtisadiyyatın fevral ayında proqnozlaşdırılan 2, 4 faiz əvəzinə 8 faiz azalma gözlənilir.
Kapitalın hərəkətinə nəzarətə və son iki onillik ərzində faiz dərəcələrinin böyük artımına rəğmən, rubl öz dəyərinin təxminən 37 faizini itirib ki, bu da dünyada bu ilin ən pis göstəricisidir.
“Rusiya “dərin resessiyaya” doğru gedir, rublun dəyərdən düşməsi inflyasiyanın artmasına və Rusiya əhalisinin alıcılıq qabilyyətinin ciddi surətdə aşağı düşməsinə gətirib çıxaracaq”, – bunu Beynəlxalq Valyuta Fondunun baş direktoru Kristalina Georgiyeva bəyan edib.
Follow @7timesaz