Keçmiş futbolçu Devid Bekhem ukraynalılara dəstəyini davam etdirir.
Bu dəfə o, Xarkovda perinatal mərkəzin işini göstərmək üçün 71,4 milyon izləyicisi olan “Instagram” səhifəsini ukraynalı həkimə verib.
“Bu gün mən sosial şəbəkə səhifəmi Ukraynanın Xarkov şəhərində perinatal mərkəzə rəhbərlik edən İrina ilə paylaşdım. O, analara uşaq dünyaya gətirməyə kömək edir”, – deyə keçmiş futbolçu videomüraciətində bildirib.
Qeyd edək ki, artın 9-da Devid Bekhem və həyat yoldaşı Viktoriya ukraynalı uşaqlara kömək üçün 1,3 milyon dollar bağışlayıblar. Məşhur cütlük həmçinin UNICEF-ə öz fondları vasitəsilə ianə toplamaq təşəbbüsü ilə çıxış ediblər.