Dünyada koronavirusa yoluxma sayı 21 026 758 nəfərə çatıb, ölənlərin sayı isə 755 786-ya yüksəlib.
7times.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Bildirilib ki, ötən gün dünyada 294 237 yeni yoluxma, 9 985 ölüm hadisəsi qeydə alınıb:
“Bu, pandemiya dövrü ərzində ikinci ən yüksək ölüm göstəricisidir. Daha çox ölüm isə aprelin 17-də olmuşdu – 12 453 nəfər”.
APA
Follow @7timesaz