İqtisadiyyat

Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq, məhsul qıtlığı yaranır… – Deputatdan AÇIQLAMA

Rusiyaya yeni sanksiyalar tətbiq olunacaq, məhsul qıtlığı yaranır… – Deputatdan AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ və Avropa Birliyi Rusiya neftindən imtinanın mümkünlüyünü yenidən müzakirə edir”.

Sfera.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Millət vəkili Rusiyaya yeni sanksiyaların tətbiq ediləcəyini deyib:

“Ağ Evdən verilən məlumata görə, ABŞ Prezidenti bu gün Avropa liderləri ilə bu istiqamətdə müzakirələr aparacaq. Qərb Rusiyaya qarşı beşinci sanksiyalar paket hazırlayır. Söhbət Rusiyanın gündəlik 3 milyon barel neft ixracatına qadağanın müəyyənləşdirilməsindən gedir. Müzakirələr artıq neft bazarına təsir edib. Bu gün Brent markalı neftin 1 bareli 4 faiz bahalaşaraq 112 dollara çatıb.

OPEK-də Rusiyanın bazardakı azalan payını kompensasiya etmək üçün kvorum yoxdur və şist neft hələlik hasilatı kəskin artırmaq potensialına malik deyil. Bu isə neftin qiymətinin yenidən yüksəlməsinə səbəb olub”.

Deputat dünyada yaranan məhsul qıtlığına da diqqət çəkib:

“ABŞ sanksiyadan öncə Rusiyadan idxal etdiyi gündəlik 670 min barel nefti daha qısa müddətdə başqa mənbə hesabına əvəzləməyə çalışmaqla dünya petrol bazarında kəskin qiymət artımlarını əngəlləmiş olsa da investorlar arasında qeyri-müəyyənlik yüksəlməkdədir. Bu isə ondan xəbər verir ki, 2022-ci il də dünya iqtisadiyyatı üçün asan olmayacaq. Artıq dünya bazarındaki qiymət artımları məhsul qıtlığı ilə da müşaiyət olunur. Görünən odur ki, “bu xəmir hələ çox su aparacaq”.